Səhmlərin xırdalanması (bölünməsi)

Stock split Şirkətin mövcud səhmlərinin ümumi dəyərini dəyişmədən sayının artırılması. Başqa sözlə, mövcud dövriyyədə olan səhmlərin bir neçə hissəyə bölünməsi. Bu cür əməliyyatın məqsədi bir səhmin qiymətini azaldaraq ticarətinin daha da asanlaşdırılmasıdır. Beləcə səhmlərin sayı artır, lakin ümumi dəyərdə heç bir artım olmur.
Səhmlər üzrə ödənilməmiş dividentlər
Səhmlərin listinqi
OBASTAN VİKİ
Birjada səhmlərin ticarəti
Birjada səhmlərin ticarəti — təşkil edilmiş ticarət platformalarında (birjalarda) səhmlərə və digər qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsi prosesi. Səhmlərin ilkin kütləvi təklifi müəssisənin fəaliyyəti üçün vəsait əldə etməyə imkan verir. Təkrar dövriyyə yalnız səhmlərin sahiblərini dəyişir, lakin müəssisəyə birbaşa gəlir gətirmir. Bununla belə, səhmlərin birja kotirovkası müəssisənin həqiqi qiymətini müəyyən etməyə imkan verir. Səhmdarların ümumi yığıncağının qərarına əsasən müəssisələr ilkin emissiyadan əlavə səhmlərin əlavə emissiyalarını da buraxa bilərlər. Bu, adətən, müəssisənin genişləndirilməsi, yeni bazarların tutulması və s. ehtiyac nəticəsində baş verir. Son zamanlar internet vasitəsilə birjada səhmlərin alqı-satqısı üsulu, internet ticarəti adlanan üsul çox populyarlaşıb. Bu halda səhmlərin alqı-satqısı proseduru xeyli sadələşdirilir. Adətən broker və ya birja tərəfindən birbaşa təmin edilən müəyyən proqram təminatı tələb olunur.
Albaniyanın bölünməsi
Albaniyanın bölünməsi (alb. Copëtimi i Shqipërisë) — Albaniya nümayəndə heyəti Vloreyada toplaşdıqdan sonra, gələcək Albaniya dövlətinin sərhədlərinin təyini 28 noyabr 1912-ci ildə elan edildi. Bir çox cəhətdən Albaniyanın cənub və şimal sərhədləri Birinci Balkan müharibəsinin iki döyüşü ilə təyin olundu: Bizani döyüşü və Şkodra mühasirəsi. Bu döyüşlərdə bir tərəfdən Yunan və Monteneqronun qüvvələri , digər tərəfdən isə Osmanlılar (bu döyüşlərdə albanlar Osmanlı İmperiyasının əhəmiyyətli bir hissəsini təşkil edirdi.) döyüşürdü. Böyük dövlətlərin iştirakı ilə keçirilən bir sıra beynəlxalq görüşlər də sərhədlərin müəyyənləşdirilməsinə təsir göstərmişdir. London Barışıq Konfransı 29 iyul 1913-ci ildə, dünyanın altı super güclü dövləti - İngiltərə, Fransa, Avstriya-Macarıstan, Rusiya, Almaniya və İtaliya - tərəfindən Albaniyanın sərhədləri razılaşdırıldı. Lakin, Albaniya milli hərəkatının nümayəndələri konfransın qərarını ölkənin bölünməsi kimi qəbul etdi, çünki albanların bir hissəsi Albaniya vilayətinə daxil olmadığı ərazidə qalmalı idi. Birinci Dünya müharibəsi illəri və sonrası Albaniyanı bölməyi planlaşdırdılırdı. Lakin bu planlar reallaşmadı və Albaniya öz suverenliyini qorudu. Onu bölmək cəhdləri İkinci Dünya müharibəsi və müharibədən sonrakı illərdə də davam etdi..
Hüceyrənin bölünməsi
Hüceyrənin bölünməsi — bölünmə hüceyrənin ən mühüm xüsusiyyətlərindən biridir. Hüceyrənin bir bölünmədən digər bölünməyədək olan dövrünə həyat tsikli deyilir. Hüceyrənin əsas bölünmə üsulları aşağıdakılardır: Mitoz Meyoz Amitoz Endomitoz Hüceyrənin həyat tsikli iki dövrə ayrılır: İnterfaza (iki bölünmə arasındakı dövr) Xüsusi dövr (mitoz) İnterfaza dövrü də öz növbəsində 3 ardıcıl dövrdən ibarətdir: Sintezdən əvvəlki dövr (Presintetik dövrü və ya G1 dövrü) Sintetik dövr (S dövrü) Postsintetik dövr (G2 dövrü) Bu dövrdə hüceyrə ona məxsus olan fizioloji prosesləri həyata keçirir. Cavan hüceyrələrin sürətlə böyüməsi üçün spesifik zülallar, yağlar, karbohidratlar və s. sintez olunur və DNT sintezinə hazırlıqla əlaqədar proseslər gedir. Həmin vaxtda güclü RNT sintezi gedir. Bu, hüceyrədə spesifik zülalların toplanması ilə sübut olunur. Presintetik dövrdə habelə nukleotid-fosfokinaza fermenti sintez olunur. Bu proseslər göstərir ki, G1 – dövrü DNT-nin sintezi üçün hazırlıq mərhələsi hesab olunur. Bu dövrdə DNT molekulu reduplikasiya olunur.
Koreyanın bölünməsi
Koreyanın bölünməsi — Koreya yarımadasının Şimal və Cənuba bölünməsi. Bu iki ölkənin meydana gəlməsi 1945-ci ildə o zamana kimi tərkibində olduğu Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində baş verir. İkinci dünya müharibəsindən sonra ABŞ və SSRİ ölkənin birgə idarə edilməsi haqqında müqavilə imzaladılar. Hər iki ölkənin sərhəddi 38-ci şimal paralelindən keçməli idi. Koreya müharibəsindən (1950—1953) sonra iki yeri təşkil olunan dövlət Koreya silahsızlaşdırılmış zonası ilə bir-birindən ayrılır. 1905-ci ildə Rus-yapon müharibəsindən sonra Koreya Yaponiyan protektaratılna çevrilir. 1910-cu ildə isə Yaponiyaya birləşdirilir. 1943-cü ildə Qahirə konfransında iştirak edən ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi yapon koloniyalarının taleyi məsələsində müzakirələr zamanı onun bütün işğal etdiyi ərazilərdən çıxarılmasına qərarverirlər. Koreyada bu qəbildən olan ərazilərdən idi. ikinci Dünya Müharibəsinin sonlarında, 1945-ci ilin avqustunda hələ də Koreyanın taleyi aydın deyildi.
Vyetnamın bölünməsi
Vyetnamın bölünməsi — 1954-cü ildə Hind-Çin müharibəsi və Vyetnamı iki yerə bölən Cenevrə razılaşmalarından sonra həyata keçirilmiş proses. Şimalda Vyetnam Demokratik Respublikası ("Şimali Vyetnam" kimi tanınır, SSRİ-nin təsiri altında olan kommunist rejimi) və cənubda Vyetnam Respublikası ("Cənubi Vyetnam" kimi tanınır, ABŞ-nin təsiri altında antikommunist rejim). Sərhəd 17° şimal enliyi üzrə keçirdi. Bölünmə Soyuq müharibənin əsas məqamlarından birini təmsil edir. Üstəlik, ABŞ və Vyetnam Dövləti Cenevrə Konfransının yekun bəyannaməsini imzalamamışdılar. Atəşkəs müqavilələrinə riayət edilməməsi, getdikcə artan diktator gücü və ABŞ-nin himayəsi altında antikommunist müdafiə paktı olan Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatının (SEATO) yaradılması vəziyyəti gərginləşdirmişdir. Bu, Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin yaradılmasına gətirib çıxarmış və Vyetnam müharibəsinə səbəb olmuşdur. Müharibə 1975-ci ildə Şimali Vyetnam və Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin qələbəsi ilə başa çatmışdır. Vyetnam 1976-cı ildə ümumxalq seçkiləri ilə yenidən birləşdirilmişdir.
Zamanın bölünməsi
İnformasiyanın vaxtında bölüşdürülməsi çoxsaylı işlərin köməyi ilə istifadəçilər arasında resursların paylaşılmasına verilən adadır. 1960-cı illərdə yaranmış və 1970-ci illərdən bəri geniş yayılmış vaxt mübadiləsi bir kompüterdə işləyən istifadəçilərin sayına məhdudiyyət qoymuş və interaktiv proqramları yazmağı asanlaşdırmışdır. Vaxtın mübadiləsi müasir əməliyyat sistemlərinin tərkib hissəsidir.
Çoxhədlilərin bölünməsi
Polinom bölmə — cəbrdə bir çoxhədlini bərabər və ya daha kiçik dərəcəli digər çoxhədliyə bölmə alqoritmidir. Uzun bölmə olaraq adlandırılan üsulun ümumiləşdirilməsi olan alqoritm çətin bir bölmə əməliyyatını xeyli asanlaşdırdığından kağız üzərində hesablana bilir. f(x) və g(x) bir polinom(çoxhədli) (g(x) sıfırdan fərqli olmaq şərti ilə) olmaqla, f ( x ) g ( x ) = q ( x ) + r ( x ) g ( x ) {\displaystyle {\frac {f(x)}{g(x)}}=q(x)+{\frac {r(x)}{g(x)}}} bərabərliyini təmin edən q(x) və r(x) çoxhədliləri vardır. Burada r(x)-in dərəcəsi g(x)-inkindən kiçikdir. Sintetik bölmə əməliyyatına f(x) surət, g(x) sıfırdan fərqli bir məxrəc olaraq tətbiq edildiyində bölmə q(x) və qalan r(x) olaracaqdır. Bu üsulda bölünən nizamlı bir ifadə şəklində yazılır. g ( x ) | f ( x ) ¯ {\displaystyle g(x){\overline {\vert f(x)}}} Ən böyük dərəcədən başqa bütün hədlərin əmsalları sıfır olsa belə yazılmalıdır.
Oğuzun bölünməsi
Oğuzun bölünməsi — müxtəlif dövrlərdə oğuz tayfa və dillərinin tarixi proseslər nəticəsində parçalanması. == Mədəni bölünmə == === Anadolu və Azərbaycan mühitləri və dillərinin bölünməsi === Azərbaycan və Türkiyə türkləri arasındakı əlaqə Səlcuq dövrünə qədər gedib çıxsa da, sabit siyasi və dini xətlərə görə, bu iki qrup bir-birindən mədəni olaraq ayrılmışdır. Monqol işğalı Azərbaycan və Türkiyə türklərinin ayrılmasına səbəb olmuş, bu dövrdə gələn yeni türk-oğuzlar (köhnələr Səlcuq dövründə gələnlərdir) türk mühitinə yeni linqvistik elementlər əlavə edərək, Azərbaycan və Türkiyə türkləri arasında olan etnik, linqvistik və ədəbi uçurumu gücləndirmişdir. Osmanlı və Azərbaycan dillərinin bir-birindən fərqlənməyə başlaması Oğuz bölünməsi sayılır. Osmanlı və Azərbaycan dillərində fərqliliyin yaranması Osmanlı imperiyası ilə İran arasında siyasi bölünməyə görə idi. İmadəddin Nəsimi (1369-1404) dili özündən əvvəl gələnlərlə müqayisədə daha aydın bir azərbaycancada olan ilk Azərbaycan şairi idi. Oxşar xüsusiyyətlər Məhəmməd Füzulidə (1494-1556) də tapılır. Dil nöqteyi-nəzərindən baxıldığı zaman İldırım Bəyazid ilə Qazi Bürhanəddin, Fateh Sultan Mehmet ilə Uzun Həsən, Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətai arasında münaqişə sadəcə hərbi-siyasi deyildi. Bu tarixi hadisələrin gedişində Yaxın Şərqin türk etnomədəni ərazisinin iki əsas komponentinin, eləcə də iki türk ədəbi dilinin — Osmanlı və Azərbaycan dillərinin yayılma və təsir sahələrinin sərhədləri müəyyən edilmişdir. Əsrlər boyunca davam edən dini və siyasi ziddiyyətlərə görə, azərbaycanlılar Türkiyə türklərindən etnik baxımdan ayrılmışdır.
Afrikanın kolonial bölünməsi
Afrikanın bölünməsi və ya Afrika uğrunda mübarizə, Afrika çarpışması (ing. Scramble for Africa, fr. Partage de l'Afrique, port. Partilha de África) — Birinci Dünya Müharibəsindən əvvəlki dövrdə Avropanın bir sıra imperialist dövlətlərinin tədqiqi və hərbi əməliyyatlar aparmaq üçün son dərəcə Afrikada yeni ərazilərin ələ keçirilməsinə yönəlmiş güclü rəqabət dövrü. Avropalı müstəmləkəçilərin bir çox məqsədləri var idi: qitənin hər yerində mövcud olan dəyərli mənbələrə sahib olmaq istəyi, milli nüfuz istəyi, Avropa gücləri arasındakı gərginlik, dini missioner canfəşanlığı və Afrika ölkələrinin daxili siyasəti. XIX əsrin son rübündə Avropa imperiyaları arasındakı siyasi və iqtisadi rəqabət səbəbindən Afrikanın bölünməsinin köməyi ilə avropalılar öz aralarında müharibənin qarşısını aldılar. XIX əsrin sonrakı illərdə hərbi təsir və iqtisadi hökmranlığın köməyi ilə "qeyri-rəsmi imperializm" dən müstəmləkə imperializminə səbəb olan birbaşa idarəçiliyə keçid baş verdi. Azad Konqo dövləti Əlcəzair Tunis Mərakeş Mavritaniya, Seneqal, Fransa Sudanı, Qvineya, Kot-d'İvuar, Niger, Dahomeya Qabon, Orta Konqo, Ubanqi-Şari, Çad Tanqanika, Almaniya Kamerunu, Toqolend Tripolitaniya, Kirenaika, Fəzzan, Eritreya, İtaliya Somalisi Anqola Kabinda Portuqaliya Şərqi Afrikası Portuqaliya Qvineyası Kabo-Verde San-Tome və Prinsipi İspaniya Saxarası (indiki Qərbi Saxara) İspaniya Mərakeşi Ekvatorial Qvineya Misir Keniya Uqanda Zənzibar Britaniya Somalisi Cənubi Rodeziya Şimali Rodeziya Keyp koloniyası Natal koloniyası Azad Oranj Dövləti Basutolend Svazilend Qambiya Seyşel adaları Syerra-Leone Mavriki Nigeriya Qızıl sahil Liberiya Efiopiya imperiyası İngilis-bur müharibələri Herero və Namaka soyqırımı Sesil Rods Aldrich, Robert. Greater France: A History of French Overseas Expansion (1996) Atkinson, David. "Constructing Italian Africa: Geography and Geopolitics." Italian colonialism (2005): 15–26.
Osmanlı imperiyasının bölünməsi
Osmanlı imperiyasının bölünməsi (türk. Osmanlı İmparatorluğu'nun parçalanması, 30 oktyabr 1918-ci il — 1 noyabr 1922-ci il) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının bu münaqişədə məğlub olması və hələ bu hadisədən əvvəl başlayan süqutu nəticəsində, əvvəllər türklərin hakimiyyəti altında olan böyük ərazilər və xalqlar konqlomeratının meydana çıxması nəticəsində baş vermiş siyasi hadisə. İmperiya bu siyasi hadisələr zamanı bir neçə yeni dövlət və ərazilərə bölündü. Osmanlı imperiyasının bölünməsi bu dövlətin müharibəyə girdiyi ilk günlərdən Türkiyəyə qarşı çıxan qüvvələr tərəfindən nəzərdə tutulmuşdu. Baxmayaraq ki, Osmanlı imperiyası ilə döyüşən Antanta dövlətləri bu ərazidə müharibədən sonrakı məqsədlərində çoxlu ziddiyyətlər var idi. Onlar Osmanlı imperiyasının bölüşdürülməsi ilə əlaqədar öz aralarında bir neçə ikili və üçlü müqavilələr bağlamışdı. 1918-ci ilin noyabrında İstanbul Antanta qüvvələri tərəfindən işğal edildikdən sonra Osmanlı hökuməti 1920-ci ildə Sevr müqaviləsini imzaladı. Bununla belə, Türkiyənin İstiqlaliyyət müharibəsi müttəfiqləri müqavilə ratifikasiya olunmamışdan əvvəl yenidən danışıqlar masasına oturmağa məcbur etdi. Müttəfiqlər və Türkiyə Böyük Millət Məclisi 1923-cü ildə əksər ərazi məsələlərini həll edən Sevr müqaviləsini əvəz edən yeni Lozanna müqaviləsini imzalayıb ratifikasiya etdilər. Həll olunmamış məsələlərdən biri də Mosul mübahisəsinin sonradan Millətlər İttifaqının iştirakı ilə həll edilməsidir.
Siyasətdə sol və sağın bölünməsi
Siyasətdə sol və sağın bölünməsi — siyasi mövqelərin, ideologiyaların və partiyaların təsnifləşdirmə sistemi. Baxmayaraq ki, müəyyən bir şəxs və ya qrup bir mövzuda solçu mövqe, başqa bir mövzuda sağçı mövqe tuta bilər, solçuluq və sağçılıq adətən bir-birlərinə zidd olaraq göstərilir. Həmçinin, bəzi mövqelər üst-üstə düşə bilər və ideologiyadan asılı olaraq həm solçu, həm də sağçı mövqe kimi qiymətləndirilə bilər. Bu terminlər Fransada yaradılmışdır. Sol "hərəkət partiyası", sağ isə "intizam partiyası" adlandırılmışdır. Aralıq mövqe mərkəzçilik, bu mövqeni tutan şəxs isə mərkəzçi və ya mötədil adlanır. Ümumiyyətcə qəbul edilib ki, solçulara tərəqqipərvərlər, yaşıllar, kommunistlər, sosial-demokratlar, sosialistlər, sindikalistlər, sosial liberallar, demokratik sosialistlər, solçu libertarianistlər, sekulyaristlər, avtonomistlər, antiimperialistlər, antikapitalistlər və anarxistlər daxildir. Ümumiyyətcə qəbul edilib ki, sağçılara mühafizəkarlar, mürtəcelər, yeni mühafizəkarlar, milliyətçi demokratlar, eləcə də kapitalistlər, sağçı liberallar, sağçı libertarianlar, milliyətçilər, sosial avtoritarlar, monarxistlər, teokratlar və sağçı populistlər daxildir.